Liviya BMT-yə üzvlük haqqını tam ödəyərək Baş Assambleyada səs hüququnu bərpa edib

Liviya BMT-yə üzvlük haqqını tam ödəyərək Baş Assambleyada səs hüququnu bərpa edib
# 15 avqust 2017 02:46 (UTC +04:00)

Liviya BMT-yə üzvlük haqqını tam ödəyərək Baş Assambleyada səs hüququnu bərpa edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibi Antoniu Quterrişin Baş Assambleyanın 71-ci sessiyasının sədri Piter Tomsona ünvanladığı məktubda deyilir.

Liviya üçün minimal ödəniş 6,5 ABŞ dolları təşkil edib. BMT-nin Nizamnaməsinə əsasən, borc əvvəlki iki ilin ödəniş məbləğinə bərabər və ya artıqdırsa, ölkə səsvermə hüququndan məhrum edilir.

Bu səbəbdən ilin əvvəlində 9 ölkə - Vanuatu, Venesuela, Cibuti, Dominika, Yəmən, Kabo-Verde, Marşal adaları, Papua – Yeni Qvineya və Sudan səsvermə hüququnu itirmişdilər. Sonrakı beş ay ərzində bütün adıçəkilən ölkələr borclarını tam şəkildə ödəyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR