Şirvanda mağazadan 12 ədəd telefon oğurlanıb

Şirvanda mağazadan 12 ədəd telefon oğurlanıb
# 12 iyul 2017 15:19 (UTC +04:00)

Şirvanda maskalı şəxslər mağazadan oğurluq ediblər.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gecə saat 04.00 radələrində Şirvan şəhəri Fariz Eynullayev küçəsində yerləşən “Aki –Telekom” mobil telefon və aksesuarlar satılan mağaza qarət olunub. Şirvan sakini, 1987-ci il təvəllüdlü Babayev Aqşin Hacıbaba oğluna məxsus mağazanın təhlükəsizlik kamerasına düşən görüntülərdən məlum olur ki, mağazaya daxil olan 4 maskalı yeniyetmə oradan ümumi dəyəri 3 min manat olan 12 ədəd mobil telefon götürərək oranı tərk edir.

Faktla bağlı Şirvan polisi tərəfindən əməliyyat və istintaq tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR