Əfqan vətəndaşları qanunsuz yolla Naxçıvandan Ermənistana keçib

Əfqan vətəndaşları qanunsuz yolla Naxçıvandan Ermənistana keçib
# 16 sentyabr 2017 11:26 (UTC +04:00)

24 iyul 2017-ci il tarixində Əfqanıstan vətəndaşları Basir Niazi və Parvizi Kuça qanunsuz yolla Ermənistana keçiblər.

APA-nın “news.am”-a istinadən verdiyi xəbərə görə, B.Niazi və P.Kuçanın qeyri-qanuni yolla Naxçıvan Muxtar Respublikasından Ermənistan ərazisinə keçdikləri iddia edilir.

Əfqan vətəndaşları Ermənistanın Ararat vilayətinin Yerasx inzibati ərazisində polislər tərəfindən tutulub.

Saxlanılan şəxslər barəsində cinayət işi açılıb və proses məhkəmədə davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR