Boris Yeltsinin doğulduğu ev yanıb

Boris Yeltsinin doğulduğu ev yanıb
# 02 fevral 2018 10:51 (UTC +04:00)

Rusiyanın Sverdlovsk vilayətinin Basmanovskoye kəndində keçmiş prezident Boris Yeltsinin doğulduğu evdə yanğın baş verib.

APA-nın xəbərinə görə, bu barədə “Ura.ru” saytı məlumat yayıb.

Bildirilir ki, yanğın yanvarın 26-da olub. Hadisənin sobada baş vermiş nasazlıq səbəbi ilə baş verdiyi ehtimal edilir. Heç kəsin yaşamadığı evə qonşu nəzarət edir. O, evə daxil olarkən tüstülənmə görüb və yanğınsöndürmə xidmətinə zəng edib. Yanğın nəticəsində evdə olan qaz balonu partlayıb. Bu səbəblə ev tamamilə yanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR