Ermənistan prezidenti Ərdoğana başsağlığı verib

Ermənistan prezidenti Ərdoğana başsağlığı verib
# 21 iyul 2015 03:34 (UTC +04:00)

Bakı-APA. Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Biz terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik. Xahiş edirəm, hadisə ilə bağlı mənim başsağlığımı qəbul edəsiniz. Ölənlərin qohumlarına möhkəm olmağı, yaralılara isə şəfa diləyirəm”, deyə məktubda bildirilir.

Türkiyənin Şanlıurfa vilayətinin Suruç şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb. Hadisənin 18 yaşlı terrorçu qız-kamikadze tərəfindən törədildiyi ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR