Masallıda yol qəzası qeydə alınıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ərkivan qəsəbəsində qeydə alınıb.
Belə ki, ”Volqa”markalı minik avtomaşını idarəetməni itirərək yol kənarındakı qaz borusuna çırpılaraq aşıb.
Nəticədə avtomaşında sərnişin qismində olan 1984-cü il təvəllüdlü Ruqayyə Əlican qızı Əlibəbişova xəsarət alaraq Masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.Onun vəziyyətinin orta-ağır olduğu deyilir.
Fakt araşdırılır.