Bakıda avtomobil piyadanı vurub

Bakıda avtomobil piyadanı vurub
# 19 yanvar 2018 18:45 (UTC +04:00)

Paytaxtın Sabunçu rayonunda piyadanı avtomobil vurub.

APA-nın məlumatına görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

"VAZ 2107" markalı avtomobil 46 yaşlı Əzizova Fədayə Məhəbbət qızını vurub. Sürücü xəsarət alan qadını 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR