Deputat İsmayıllıda icra başçısı ilə birgə vətəndaşları qəbul edib

Deputat İsmayıllıda icra başçısı ilə birgə vətəndaşları qəbul edib
# 03 avqust 2017 14:07 (UTC +04:00)

Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonuna səfər edib. APA-nın məlumatına görə, davamlı şəkildə qəbullar keçirən millət vəkili bu dəfə İsmayıllı şəhərində icra başçısı Mirdaməd Sadıqovla birgə vətəndaşları qəbul edib.

Qəbula gələn insanlar şəxsi məişət problemləri ilə yanaşı müxtəlif mövzularda müraciətlər də ediblər. Bir neçə məsələ yerindəcə həllini tapıb. Millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər N. Aslanov tərəfindən nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb.

Qeyd edək ki, icra hakimiyyətinin başçısı ilə bir yerdə keçirilən belə qəbullar il ərzində bir neçə dəfə olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR