“Cenoa” yenə məşqçisini dəyişir

“Cenoa” yenə məşqçisini dəyişir
# 22 dekabr 2019 15:39 (UTC +04:00)

Son vaxtlarda tez-tez baş məşqçisini dəyişməklə diqqət çəkən İtaliyanın “Cenoa” klubu Tiaqu Mottanı istefaya göndərir.

Apasport.az saytının məlumatına görə, “İnter”ə dünənki 0:4 hesablı məğlubiyyətdən sonra autsayderin prezidenti Enriko Pretsiozi çalışdırıcını işindən azad etməyə qərar verib.

Yaxın müddətdə baş məşqçinin istefası rəsmiləşəcək. Artıq bu posta gələcək yeni mütəxəssis də bəllidir.

Genuya təmsilçisi Dieqo Lopesə tapşırılacaq. “Kalyari”, “Palermo” və “Bolonya”da çalışmış 45 yaşlı mütəxəssisin son iş yeri Uruqvay “Penyarol”u olub.

Qeyd edək ki, 37 yaşlı T.Motta oktyabrın 22-də baş məşqçi təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR