Bakıda piyadanı öldürərək hadisə yerindən qaçan sürücü tutulub

Bakıda piyadanı öldürərək hadisə yerindən qaçan sürücü tutulub
# 16 mart 2018 09:25 (UTC +04:00)

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 15-də saat 9 radələrində Binəqədi rayonunun Azadlıq prospektində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Tahirə Mahmudova vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Anar Əhmədov saxlanılıb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR