Azərbaycan dəmir yolları sərnişinlərə endirim kampaniyası təqdim edir

Azərbaycan dəmir yolları sərnişinlərə endirim kampaniyası təqdim edir
# 04 avqust 2017 14:57 (UTC +04:00)

Azərbaycan dəmir yolları sərnişinləri artıq hər bir istiqamətə alacaqları biletdən faydalana bilərlər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın “APA-Economics”ə verdiyi məlumata görə, istər ölkədaxili, istər beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarına, istərsə də Bakı-Sumqayıt elektrik qatarına əldə edilən biletlərə Referans Klinik Laboratoriya Mərkəzi və LOR Hospitalın 25%-lik endirim kuponu təqdim edilir.

Qeyd edək ki, Referans Klinik Laboratoriya Mərkəzinin əsas məqsədlərindən biri inkişaf etmək, zəruri infrastruktura malik olmaq və pasiyentlərə daha yüksək keyfiyyətli xidmət göstərilməsini təmin etməkdir. Referans Azərbaycanda ilk dəfə olaraq tam avtomatlaşdırılmış qapalı laborator sistemlə təchiz olunub. Ən müasir texnologiyaları özündə birləşdirən, Almaniya, Türkiyə, Fransa, ABŞ, Niderland və s. ölkələrin istehsalı olan cihazlar vasitəsilə laboratoriyada minlərlə analizlər, o cümlədən müxtəlif genetik testlər, onkoloji markerlər, yenidoğulmuşların skrininq testləri, autoimmun testlər və s. müayinələr yerinə yetirilir. Eləcə də LOR Hospitalında hər növ burun, qulaq, boğaz və qırtlaq əməliyyatları, eləcədə plastik və rekonstruktiv əməliyyatlar həyata keçirilir.

Aksiya haqqında ətraflı məlumatı aşağıdakı nömrələrdən əldə etmək mümkündür:

012 310 00 22/33 və ya *0033

012 564 53/63 33 və ya *0111

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR