Təhsil Nazirliyi: Bu il Azərbaycanda 30 minə yaxın şagird təmayül siniflərdə təhsil alır

Təhsil Nazirliyi: Bu il Azərbaycanda 30 minə yaxın şagird təmayül siniflərdə təhsil alır
# 20 sentyabr 2017 12:36 (UTC +04:00)

Yeni tədris ilində Azərbaycanın məktəblərində təşkil olunan təmayül siniflərin və təhsil alan şagirdlərin sayı açıqlanıb. Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2017-2018-ci dərs ilində ölkənin 900-dən çox ümumtəhsil məktəbində təmayül siniflərin təşkil olunması nəzərdə tutulub. Bu siniflərə 30 000-ə yaxın şagirdin cəlb olunması gözlənilir.

Təhsilin təmayüllər üzrə təşkil olunduğu məktəblərdə əsasən texniki, riyaziyyat iqtisadiyyat, humanitar və təbiət təmayüllü, habelə texniki və riyaziyyat-iqtisadiyyat, texniki və təbiət, riyaziyyat-iqtisadiyyat və humanitar təmayüllü siniflərin təşkili nəzərdə tutulub. Daha dəqiq məlumatlar yerlərdən hesabatlar tam qəbul edildikdən sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR