Avropa İttifaqı Şurasının prezidenti Azərbaycan prezidentinə başsağlığı verib

Avropa İttifaqı Şurasının prezidenti Azərbaycan prezidentinə başsağlığı verib
# 08 mart 2018 09:57 (UTC +04:00)

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk martın 2-də Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən faciəvi yanğınla bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

D. Tusk bildirib ki, hadisəsi haqqında xəbər onu dərindən kədərləndirib: "Avropa İttifaqı adından həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR