Əbu-Dabi Yəməndəki husilərin BƏƏ-dəki AES-ə raket atmasını təkzib edib - YENİLƏNİB

Əbu-Dabi Yəməndəki husilərin BƏƏ-dəki AES-ə raket atmasını təkzib edib - <span style="color: red;">YENİLƏNİB
# 03 dekabr 2017 15:24 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyəti Yəməndəki qiyamçı husilərin Əbu-Dabi əmirliyində tikilən "Baraka" Atom Elektrik Stansiyasına (AES) qanadlı raket buraxmasını təkzib edib.

APA-nın məlumatına görə, bu barədə BƏƏ-nin rəsmi WAM agentliyi məlumat yayıb.

Qeyd edək ki, bu gün Yəməndəki qiyamçı husilər BƏƏ-də tikilən və 2018-ci ildə birinci blokunun istifadəyə verilməsi gözlənən "Baraka" AES-ə qanadlı raket atdıqlarını və hədəfi vurduqlarını bəyan edib. Husilərin silahlı qruplaşmasının nümayəndəsi Əziz Rəşid "Baraka" AES-ə raket buraxılmasının Əb-Dabiyə siyasi və hərbi mesaj olduğunu bildirib.

BƏƏ Fövqəladə və Böhranlı Situasiyalar üzrə Milli İdarəsi ölkənin Hava Hücumundan Müdafiə Sisteminə malik olduğunu və "Baraka" AES-in belə təhlükələrdən tam qorunduğunu açıqlayıb. Eyni zamanda husilərin bəyanatına əhəmiyyət verilməməsi zəruri sayılıb.

***

saat 14.59

Yəməndəki qiyamçı husilər Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) tikilən "Baraka" Atom Elektrik Stansiyasına (AES) qanadlı raket atıb.

APA-nın məlumatına görə, bu barədə husilərin silahlı qruplaşmasının nümayəndəsi Əziz Rəşidə istinadən "Əl-Mayadin" telekanalı məlumat yayıb.

Ə. Rəşid raketin Yəmən istehsalı olduğunu, hazırda uçuş məsafəsi 1,6 min km olan raketlər istehsal etdiklərini iddia edib. Eyni zamanda "Baraka" AES-ə raket buraxılmasının Əb-Dabiyə siyasi və hərbi mesaj olduğunu vurğulayıb.

Qeyd edək ki, "Baraka" AES Əbu-Dabidən 250 km uzaqlıqda yerləşir. AES-in ilk blokunun 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.

BƏƏ rəsmi olaraq husilərin iddiasına münasibət bildirməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR