"Bank VTB (Azərbaycan)" gələn həftədən etibarən manatla kreditləşməni tam bərpa edəcək

"Bank VTB (Azərbaycan)" gələn həftədən etibarən manatla kreditləşməni tam bərpa edəcək
# 11 avqust 2015 14:14 (UTC +04:00)

Bakı.Vüsal Nəbiyev - APA-Economics. "Bank VTB (Azərbaycan)" gələn həftədən etibarən manatla kreditləşməni tam bərpa edəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə “Bank VTB (Azərbaycan)”ın pərakəndə biznesin inkişafı departamentinin direktoru Tural Vəliyev məlumat verib.

Onun sözlərinə görə, manatla veriləcək kreditlərin orta faiz dərəcəsi 24-26% təşkil edəcək, maksimum faiz dərəcəsi 29%-dən yüksək olmayacaq.

T.Vəliyev əlavə edib ki, manatla maksimum 11 min manatadək kredit verilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR