Abşeronda baş verən qətllə bağlı cinayət işi başlanıb

Abşeronda baş verən qətllə bağlı cinayət işi başlanıb
# 29 noyabr 2019 09:16 (UTC +04:00)

Abşeronda baş verən qətllə bağlı cinayət işi başlanıb.

APA-nın məlumatına görə, hadisə Pirəkəşkül qəsəbəsində yerləşən Avropa kafesində qeydə alınıb.

Abşeron rayon sakini, 1984-cü il təvəllüdlü Orxan Gərayov şəxsi münasibətlər zəmində 1991-ci il təvəllüdü Kamran Xəlilovu "Makarov" tipli tapança ilə güllələyib.

K. Xəlilov xəstəxanaya çatdırılsa da, orada ölüb.

Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR