Ağcabədidə yol qəzasında 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Ağcabədidə yol qəzasında 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb
# 01 mart 2019 21:00 (UTC +04:00)

Ağcabədi rayonunda ağır yol qəzası nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

ONA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Hüsülü kəndi ərazisində baş verib.

Sürücü 1976-cı il təvəllüdlü Babayev Akif Şəfa oğlunun idarə etdiyi 90 ML 862 dövlət nömrə nişanlı "Mitsubishi Pajero" markalı minik maşını qarşıdan gələn, Elsəvər Məmmədovun idarə etdiyi "Lada Priora" markalı maşınla toqquşub.

Nəticədə "Lada Priora"nın sürücüsü E. Məmmədov və iş yoldaşı Həyat Məmmədova hadisə yerində ölüb. "Mitsubishi Pajero" minik maşınının sürücüsü Ağdam rayon Mərzili kənd sakini Akif Babayev və sərnişinləri 1964-ci il təvəllüdlü Babayev Qara Şükür oğlu və 1967-ci il təvəllüdlü Əsgərov Əlirza Balay oğlu müxtəlif bədən xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

A. Babayevə ilkin tibbi yardım göstərildikdən sonra Bakı şəhər xəstəxanalarından birinə köçürülüb. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, qəza zamanı həyatını itrən sürücü Elsəvər Məmmədov və onun iş yoldaşı müəllimə Həyat Məmmədova eyni məktəbdə işləyirmişlər. Sabah Elsəvər Məmmədovanın doğum günü imiş.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR