Bakı-Sumqayıt qatarında gecikmə baş verib

Bakı-Sumqayıt qatarında gecikmə baş verib
# 08 dekabr 2016 05:37 (UTC +04:00)

Bakı-Sumqayıt-Bakı elektrik qatarında gecikmə baş verir.

"APA-Economics" xəbər verir ki, gecikmə qatar Biləcəri stansiyasında olarkən müşahidə olunub. Sumqayıtdan Bakı istiqamətində hərəkət edən qatar Biləcəri stansiyasına qrafik üzrə, yəni 08:11-də çatıb. Lakin 08:12-də stansiyadan yol düşməli olan qatar 08:28-də hərəkətə başlayıb. Maşinist gecikməni texniki səbəblərlə izah edib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov APA-ya bildirib ki, elektrik enerjisinin verilişində problem olduğundan qatar gecikib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR