Azərbaycan təbii qaz ixracını 12%, qaz ixracından gəlirlərini 23% artırıb

Azərbaycan təbii qaz ixracını 12%, qaz ixracından gəlirlərini 23% artırıb
# 15 yanvar 2018 09:28 (UTC +04:00)

2017-ci il ərzində Azərbaycan 1 mlrd. 193 mln. 712,38 min ABŞ dolları dəyərində 7 mlrd. 543 min 483,34 kubmetr təbii qaz ixrac edib.

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2016-cı il ilə müqayisədə 788 mln. 835,1 min kubmetr və ya 11,67% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 223 min 036,46 dollar və ya 22,98% çoxdur.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycandan xarici ölkələrə 970 mln. 675,92 min dollar dəyərində 6 mlrd. 754 mln. 649,24 min kubmetr təbii qaz ixrac edilib.

Qeyd edək ki, 2017-ci ildə təbii qazın ixracı Azərbaycanın ümumi ixracda 8,64%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR