Hindistanda qasırğa nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb - YENİLƏNİB

Hindistanda qasırğa nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 13 dekabr 2016 04:50 (UTC +04:00)

Hindistanda “Varda” qasırğası nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Hindistanın Fövqəladə Hallar üzrə Milli İdarəsinin məlumat verib.

Məlumata əsasən, güclü külək 50 yaşayış evinə ziyan vurub, 8 min ağac və elektrik dirəkləri aşıb.

Təbii fəlakət ən çox Tamilnad ştatının şimali və Andxra-Pradeş ştatının cənub hissəsində fəsadlar törədib. Adıçəkilən ştatlarda küləyin sürəti saatda 120 km çatıb.

***

00:30

Hindistanda “Varda” qasırğası nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, iki nəfər Çennayi şəhərində, daha iki nəfər isə Tamilnad ştatında təbii fəlakətin qurbanı olub.

Məlumata əsasən, güclü külək 50 yaşayış evinə ziyan vurub, 8 min ağac və elektrik dirəkləri aşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR