Bakıda atasına 5 bıçaq zərbəsi vuran şəxsin istintaqı başa çatıb

Bakıda atasına 5 bıçaq zərbəsi vuran şəxsin istintaqı başa çatıb
# 25 dekabr 2019 10:08 (UTC +04:00)

Bakıda atasını öldürməyə cəhddə təqsirləndirilən Cavid Haqverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il paytaxtın Xətai rayonu ərazisində baş verib. Belə ki, 1985-ci ildə Gədəbəy rayonunda anadan olan Haqverdiyev Cavid Mübariz oğlu gecə saatlarında Xətai rayonu, R.Məmmədov küçəsi ev 20 a, mənzil 7-də yaşayan atası, 1959-cu il təvəllüdlü Haqverdiyev Mübariz Talıb oğlu ilə mübahisə edib.

Ata-oğul arasında başçlayan mübahisə davaya çevrilib. Bu vaxt C.Haqverdiyev mətbəxdən götürdüyü bıçaqla atasına 5 zərbə vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. C. Haqverdiyev polis tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR