BDU-nun SABAH qrup tələbəsi Erasmus tələbə mübadiləsi proqramında iştirak edib

BDU-nun SABAH qrup tələbəsi Erasmus tələbə mübadiləsi proqramında iştirak edib
# 08 noyabr 2016 10:48 (UTC +04:00)

Bakı Dövlət Universitetinin (BDU) SABAH qrup tələbəsi “Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi" və “Belçika Türk Dərnəkləri Birliyi”nin birgə layihəsi olan Erasmus tələbə mübadiləsi proqramında iştirak edib.

BDU-dan APA-ya verilən məlumata görə, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan III kurs tələbəsi Nərgiz Qarayevanın iştirak etdiyi proqram zamanı tələbələr multikultiralizmlə bağlı müzakirələrdə iştirak ediblər. Natiqlər Alderman Ali Caglar, Emir Kir, tarixçi Tina De Ghent ilə öyrənmə ərəfəsində müsbət və mənfi təcrübə, türklərin Belçikaya gəlmə tarixləri haqqında söhbətlər aparılıb.

Tələbələr bir çox tarixi yerləri, muzeyləri ziyarət edib, Avropa Komissiyasında Simon Pascoenın təlimində iştirak edərək komissiyanın strukturu və Federal Parlamentin iş sistemi ilə tanış olublar.

Bir həftəlik proqram sonunda tələbələrə Avropa Komissiyası tərəfindən təsdiqlənmiş Erasmus+ ( youth exchanges) sertifikatı və hədiyyələr təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR