Şabranda 6 otaqlı, Gəncədə 4 otaqlı ev yanıb

Şabranda 6 otaqlı, Gəncədə 4 otaqlı ev yanıb
# 06 sentyabr 2017 01:44 (UTC +04:00)

Şabran və Gəncədə yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Şabran rayonu, Baş Əmirxanlı kəndində vətəndaşa məxsus hər mərtəbəsi 70 m2 olan ikimərtəbəli 6 otaq və eyvandan ibarət evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 m2 sahədə. 2-ci mərtəbədə 3 otağın yanar konstruksiyaları 70 m2 sahədə və dam örtüyü 130 m2 sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 170 m2 olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR