Azərbaycan Kredit Bürosu “ASAN xidmət” də fəaliyyətə başlayıb

Azərbaycan Kredit Bürosu “ASAN xidmət” də fəaliyyətə başlayıb
# 30 may 2018 16:38 (UTC +04:00)

Azərbaycan Kredit Bürosu (Büro) 1 saylı Bakı “ASAN xidmət” mərkəzində kredit hesabatlarının verilməsi xidmətinə başlayıb.

Bürodan “APA-Economics”ə verilən məlumata görə, fiziki şəxslər şəxsiyyəti təsdiq edən sənədlə, hüquqi şəxslər isə VÖEN və müraciət edən şəxsin səlahiyyətini təsdiq edən sənədlə Büronun xidmət pəncərələrindən kredit hesabatlarını əldə edə bilərlər. Kredit hesabatları yalnız şəxsin özlərinə və ya qanuni nümayəndəsinə verilir.

Xidmət mərkəzi həftənin iş günləri, saat 10:00-19:00 arası fəaliyyət göstərir.

“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq vətəndaşlar və biznes subyektləri öz kredit hesabatlarını hər təqvim ili ərzində 2 dəfə ödənişsiz əldə edə bilərlər.

“Azərbaycan Kredit Bürosu” MMC ölkədə fəaliyyət göstərən 8 bankın - “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” ASC-lərin təşəbbüsü ilə 15 yanvar 2018-ci il tarixində yaradılıb.

Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR