Gürcustan Milli Qvardiyasının sabiq komandanı qətlə yetirilib

 Gürcustan Milli Qvardiyasının sabiq komandanı qətlə yetirilib
# 15 yanvar 2018 18:31 (UTC +04:00)

Gürcustan Milli Qvardiyasının sabiq komandanı, eks-deputat Samson Kutateladze qətlə yetirilib.

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, insident Rustavi şəhərində qeydə alınib. S. Kutateladzenin başından güllələnərək öldürüldüyü məlum olub.

Məlumata əsasən, istefaya çıxdıqdan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan S. Kutateladze Rustavi bazarlarının birinin sahibi olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR