Omanda güclü qasırğa 7 nəfərin ölümünə səbəb olub, 8 nəfər itkin düşüb

Omanda güclü qasırğa 7 nəfərin ölümünə səbəb olub, 8 nəfər itkin düşüb
# 29 may 2018 04:23 (UTC +04:00)

Omanda “Mekunu” qasırğası azı 7 nəfərin ölümünə səbəb ölüb.

APA-nın məlumatına görə, bu barədə “The Weather Channel” xəbər verib.

Son bir neçə gündə Omanda yağan yağışın miqdarı illik normadan üç dəfə artıq olub, küləyin sürəti saatda 190 kilometrə çatıb.

Təbii fəlakət nəticəsində 8 nəfər itkin düşüb. Yüzlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb. Omanın bəzi bölgələrində avtomobil yolları dağılıb, elektrik xətləri sıradan çıxıb, su təchizatı sistemində ciddi çətinliklər yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR