Londonda partlayış baş verib

Londonda partlayış baş verib
# 03 mart 2017 20:10 (UTC +04:00)

Londonun mərkəzində binada güclü partlayış baş verib.

APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, partlayışa qaz sızması səbəb olub.

Qonşuluqdakı binaların sakinləri təxliyə edilib, yaxınlıqdakı küçələrdə nəqliyyatın hərəkəti dayandırılıb.

Zərərçəkənlər barədə məlumat yoxdur. Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb edilib. İlkin versiyaya əsasən, insident terror aktı kimi qiymətləndirilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR