Ötən gün yol qəzalarında 6 nəfər ölüb

Ötən gün yol qəzalarında 6 nəfər ölüb
# 12 mart 2019 10:09 (UTC +04:00)

Martın 11-dən 12-dək daxili işlər orqanları tərəfindən 22 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-dən ONA-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR