Səudiyyə Ərəbistanı Trampın İranla nüvə sazişindən çıxmasını dəstəkləyib

Səudiyyə Ərəbistanı Trampın İranla nüvə sazişindən çıxmasını dəstəkləyib
# 09 may 2018 05:22 (UTC +04:00)

Səudiyyə Ərəbistanı ABŞ prezidenti Donald Trampın İranla bağlanmış nüvə sazişindən çıxmaq qərarını dəstəkləyir və alqışlayır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanı XİN-in rəsmi saytında dərc edilmiş bəyanatda deyilir.

“Səudiyyə Ərəbistanı Krallığı ABŞ prezidenti Donald Trampın nüvə sazişindən çıxmasına dair elan etdiyi addımları dəstəkləyir və alqışlayır”, - deyə bəyanatda vurğulanır.

Ər-Riyad həmçinin İrana qarşı iqtisadi sanksiyaların bərpa olunmasını da dəstəkləyib: “İran sanksiyaların dayandırılmasını regionda sabitliyin pozulmasına yönələn fəaliyyətinin davam etdirilməsi üçün istifadə edib. Buraya, ilk növbədə, ballistik raketlərin inkişafı, regionda terror qruplaşmalarının və Bəşər Əsəd rejiminin dəstəklənməsi aiddir”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxdığını və İrana qarşı sanksiyaların bərpa olunacağını bəyan edib.

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. Tramp razılaşmanın pozulmasını istisna etməmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR