Bakıda liftdə qalan 2 nəfər xilas edilib

Bakıda liftdə qalan 2 nəfər xilas edilib
# 19 may 2018 16:15 (UTC +04:00)

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Əməliyyat başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR