”Atəşgah Həyat” ötən il aktivlərini azaldıb

”Atəşgah Həyat” ötən il aktivlərini azaldıb
# 05 aprel 2018 08:23 (UTC +04:00)

”Atəşgah Həyat” sığorta şirkəti ötən il aktivlərini azaldıb.

APA-Economics” şirkətin yaydığı hesabata əsasən xəbər verir ki, “Atəşgah Həyat”ın cəmi aktivləri 2016-cı illə müqayisədə 36,9% azalaraq 55 mln. 791,638 min manat olub.

Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 5 mln. 457,578 min manat, qısamüddətli aktivləri 50 mln. 334 min 059,9 min manat təşkil edib.

İl ərzində şirkətin cəmi öhdəlikləri 42,49% azalaraq 40 mln. 462,708 min manat olub. 2017-ci ildə şirkətin uzunmüddətli öhdəlikləri 38 mln. 393,191 min manat, qısamüddətli öhdəlikləri isə 2 mln. 69,516 min manat təşkil edib.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı sabit qalaraq 5 mln. 500 min manat, cəmi kapitalı isə 13,99% azalaraq 15 mln. 328 min 930,2 manat təşkil edib.

2017-ci ildə “Atəşgah Həyat”ın cəmi gəlirləri 71 mln. 612 min 508,62 manat, cəmi xərcləri 65 mln. 622 min 428,25 manat olub.

Şirkət ötən ili 4 mln. 792 min 64,30 manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR