Bağdadda partlayış nəticəsində ölənlərin sayı 17-yə çatıb, 60 nəfər yaralanıb - YENİLƏNİB

Bağdadda partlayış nəticəsində ölənlərin sayı 17-yə çatıb, 60 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 29 mart 2017 23:11 (UTC +04:00)

İraqın paytaxtı Bağdadda törədilən partlayış nəticəsində ölənlərin sayı 17-yə çatıb, 60 nəfər yaralanıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze nəzarət-keçid məntəqəsində yük maşınına yerləşdirilmiş partlayıcı qurğunu işə salıb.

Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib. Partlayışın İŞİD qruplaşması tərəfindən təşkil edildiyi ehtimal olunur.

00:26

İraqın paytaxtı Bağdadda partlayış baş verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident şəhərin cənubunda yerləşən blokpostda qeydə alınıb.

İlkin məlumata əsasən, minalanmış yük maşınının partlaması nəticəsində 13 nəfər ölüb, 40-ı yaralanıb.

Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR