Bakıda 27 min manatlıq dələduzluq edən şəxslərə hökm oxunub

Bakıda 27 min manatlıq dələduzluq edən şəxslərə hökm oxunub
# 26 dekabr 2016 14:06 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Miraşaçenko Lyuba Petrovna və Miraşaçenko Lida Nikolayevnanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən təqsirləndirilən şəxslərin hər ikisi 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakı sakini Q. Mehrəliyevanın falına baxacaqlarını deyərək, onun 27 min manat məbləğində qızıl-zinət əşyalarını ələ keçiriblər. Onlar bu qızılları sonradan Gəncədə satıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR