Rusiyada MDB ölkələrinin vətəndaşlarından ibarət cinayətkar dəstənin üzvləri saxlanılıb

Rusiyada MDB ölkələrinin vətəndaşlarından ibarət cinayətkar dəstənin üzvləri saxlanılıb
# 26 oktyabr 2016 09:48 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın Moskva vilayətində soyğunçuluq, adam oğurluğu və şantajla pul tələb etməkdə şübhəli bilinən MDB ölkələrinin vətəndaşları saxlanılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidmətinin rəhbəri Tatyana Petrova bildirib ki, ümumilikdə 26-46 yaş arasında olan 14 nəfər, o cümlədən dəstə başçısı tutulub.

Məlum olub ki, onlardan 4-ü bu ilin iyulunda Moskva vilayətində yaşayan 27 yaşlı şəxsi oğurlayıblar və onun yaxınlarından 40 milyon rubl tələb ediblər. Onların həmçinin soyğunçuluq məqsədi ilə edilən hücumlarda iştirakı sübut olunub. Dəmir yolu stansiyası yaxınlığında saxlanılan şəxslərin oğurladıqları əşyalar və silah aşkarlanıb.

Faktla bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR