SOCAR üç limandan xam neft ixracını azaldıb

SOCAR üç limandan xam neft ixracını azaldıb
# 01 fevral 2017 12:56 (UTC +04:00)

Bu ilin yanvar ayında SOCAR Novorossiysk limanından 79 935 ton xam neft ixrac edib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 309,82 dəfə çoxdur.

"APA-Economics" SOCAR-ın açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ay Supsa limanından 176 109 ton xam neft ixrac edilib ki, bu da 2015-ci ilin yanvar ayı ilə müqayisədə 30,68%-lik azalmadan xəbər verir.


Ötən ay Ceyhan limanından 1 mln. 398 min 440 ton xam neft ixrac edilib ki, bu da 2015-ci ilin yanvar ayı ilə müqayisədə 7,44% azdır.


SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR