Elmar Məmmədyarov Pakistan Senatının xarici əlaqələr komitəsinin sədrini qəbul edib

Elmar Məmmədyarov Pakistan Senatının xarici əlaqələr komitəsinin sədrini qəbul edib
# 03 sentyabr 2015 15:04 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Pakistan Senatının xarici əlaqələr komitəsinin sədri Nuzhat Sadiqini qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 1-3 sentyabr 2015-ci il tarixində Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının qadınlar qolunun 3-cü iclasında iştirak çərçivəsində Bakıya səfər etdiyini deyən N. Sadiqi tədbirin yüksək səviyyədə təşkil edildiyini və faydalı müzakirələr aparıldığını nəzərə çatdırıb. O, Azərbaycanın dinamik inkişafı və əldə etdiyi nailiyyətlərə Pakistan xalqının səmimi qəlbdən sevindiyini deyib.

Qonaq Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Pakistandakı humanitar məsələlərə diqqət və qayğısının, o cümlədən Pakistanda baş vermiş zəlzələ və sel daşqını kimi təbii fəlakətlər zamanı qardaş Azərbaycan xalqının göstərdiyi humanitar yardımın yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

E. Məmmədyarov Azərbaycan və Pakistan arasında siyasi münasibətlərin yüksək inkişaf səviyyəsinə malik olduğunu qeyd edərək, birgə səylərlə iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi zərurətini vurğulayıb. Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığı qeyd edən nazir beynəlxalq hüququn prinsipləri və BMT Nizamnaməsinə uyğun olaraq, Pakistanın Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına qarşı birmənalı mövqeyinin və münaqişənin həlli prosesində Azərbaycanın ədalətli mövqeyinə göstərdiyi dəstəyinin yüksək dəyərləndirildiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR