ABŞ-da Trampın prezident seçilməsi ilə bağlı etiraz aksiyaları artır

ABŞ-da Trampın prezident seçilməsi ilə bağlı etiraz aksiyaları artır
# 11 noyabr 2016 08:52 (UTC +04:00)

ABŞ-ın Oreqon ştatının Portland şəhərində Donalt Trampın prezident seçilməsinə qarşı keçirilən etirazlar artıq iğtişaşlara çevrilib. APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə şəhər polisi məlumat yayıb. Bildirilir ki, etirazçılar daşlarla silahlanıblar. Polis kütləyə artıq qanunsuz yığıncaq təşkil etdiklərini bildirib və onları yığıncağı dağıtmağa çağırıb. İnsanlara etiraz aksiyasının baş verdiyi ərazilərdən keçməmək məsləhət görülür.

Hələlik xəsarət alan və saxlanılanlar barədə məlummat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR