XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı keçirilir

XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı keçirilir
# 05 dekabr 2016 09:58 (UTC +04:00)

Bu gündən Azərbaycanda XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı (APCWQIS-2016) başlayıb.

APA-nın xəbərinə görə, beynəlxalq tədbir AMEA Fizika İnstitutunun təşkilatçılığı, AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə keçirilir. AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bildirib ki, tədbirdə 50-yə yaxın yerli və xarici nüfuzlu elm adamları iştirak edir. Onun sözlərinə görə, APCWQIS bundan öncə Sinqapur, Cənubi Koreya, Avstraliya, Çin, İsrail, Malayziya, Tayvan və Yeni Zelandiya kimi ölkələrdə təşkil olunub.

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev vurğulayıb ki, bu tədbirin keçirilməsi fizika sahəsinin inkişafına təkan verəcək, gənc alimlərin formalaşmasında böyük rol oynayacaq: “Azərbaycan bütün dünyaya açıqdır və elm üçün heç bir sərhəd tanımır. Biz qloballaşan dünya elminin bir hissəsi olmağa çalışırıq. Konfrans da bu istiqamətdə atılan mühüm addımlardan biridir”.

Tədbirin Təşkilat Komitəsinin sədri, Fizika-Riyaziyyat və Texniki Elmlər Bölməsinin akademik-katibi Nazim Məmmədov, APCWQIS-nın İdarə Heyətinin sədri Çu, Hiap Oh və digər alimlər Azərbaycanda beynəlxalq konfransın keçirilməsini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, Azərbaycanda XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı dekabrın 9-dək sessiyalarla davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR