Azərbaycan prezidenti hindistanlı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti hindistanlı həmkarına başsağlığı verib
# 21 noyabr 2016 13:57 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev hindistanlı həmkarı Pranab Mukherciyə başsağlığı verib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, Uttar-Pradeş ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR