Prezidentin Ağdama səfəri başlayıb

Prezidentin Ağdama səfəri başlayıb
# 03 dekabr 2016 10:18 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Tərtərə səfərlərini başa çatdıraraq Ağdam rayonuna gəliblər.

APA-nın məlumatına görə, dövlət başçısı və xanımı Heydər Əliyevin Ağdam rayonunun Quzanlı qəsəbəsindəki abidəsi önünə gül dəstələri qoyublar.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov prezidentə və xanımına son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR