Azərbaycanda polis generalı təqaüdə göndərilib

Azərbaycanda polis generalı təqaüdə göndərilib
# 18 fevral 2017 19:38 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib. APA-nın xəbərinə görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

DİN-dən APA-ya faktı təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR