AMEA-da kadr dəyişikliyi aparılıb

AMEA-da kadr dəyişikliyi aparılıb
# 07 dekabr 2016 14:10 (UTC +04:00)

AMEA-da kadr dəyişikliyi olub. APA-nın xəbərinə görə, AMEA Rəyasət Heyətrinin bugünkü iclasında Aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru Sənan Abdullayev AMEA-nın Elm və Texnologiyalar Parkı MMC-nin direktoru təyin olunublar.

Digər qərarlarla, AMEA-nın Biofizika İnstitutuna biologiya üzrə elmlər doktoru Kərim Qasımov elmi işlər üzrə direktor müavini, tibb üzrə fəlsəfə doktoru Azad Əbdürrəhimov isə innovasiya və transfer üzrə direktor müavini təyin olunublar. Bundan başqa, fəlsəfə üzrə fəlsəfə doktoru Rahil Nəcəfov Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Elm Tarixi İnstitutunun elmi katibi və tarix üzrə fəlsəfə doktoru İradə Əliyeva isə Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun elmi katibi vəzifələrinə təyin ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR