SOCAR ötən il qazma işlərini 1%-ə yaxın artırıb

SOCAR ötən il qazma işlərini 1%-ə yaxın artırıb
# 06 yanvar 2017 09:59 (UTC +04:00)

2016-cı ilin dekabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 4 882 metr qazma işi həyata keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, 2015-ci ilin dekabr ayı ilə müqayisədə 1 804 metr və ya 26,98% azdır. Bu sahədə görülmüş işlərin 4 839 metri istismara, qalanı isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2016-cı ilin yanvar-dekabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 105 245 metr qazma işi görülüb ki, bu da 2015-ci ilin 12 ayı ilə müqayisədə 834 metr və ya 0,8% çoxdur. Bunun da 102532 metri istismara, 2713 metri isə kəşfiyyata aid olub.

Bundan əlavə, ötən ilin dekabr ayında qazmadan alınmış 7, il ərzində isə 64 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR