Göyçayda evdə yanğın olub

Göyçayda evdə yanğın olub
# 30 dekabr 2016 10:44 (UTC +04:00)

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 13.00 radələrində Ləkçılpaq kəndində qeydə alınıb.

Kənd sakini, 1969-cu il təvəllüdlü Həmidov Sadıq İsmayıl oğluna məxsus, ümumi sahəsi 260 kvadratmetr olan, 4 otaqlı evdə başlayan yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub.

Mənzilin 90 kvadratmetr olan iki otağı içindəki əşyalarla birgə yanıb. Qalan hissə yanğından mühafizə olunub.

İki ailənin yaşadığı evdə baş verən hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR