Şəkidə dülgər sexində yanğın olub

Şəkidə dülgər sexində yanğın olub
# 05 fevral 2017 18:01 (UTC +04:00)

Şəkidə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yangın bu gün axşam saat 17:20 radələrində Şəki şəhəri, Fuad Abdürəhmanov küçəsində fəaliyyət göstərən, Elşən Əhmədiyə oğlu Məmmədova məxsus, ümumi sahəsi 168 kv/m olan və 6 otaqdan ibarət dülgər sexində baş verib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində sexin bir otağının yanar konstruksiyaları 10 kv/m sahədə yanıb və yanğın zamanı orada olan 4 ədəd dəzgah yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR