Masazırda 16 yaşlı oğlan intihar edib

Masazırda 16 yaşlı oğlan intihar edib
# 03 noyabr 2016 14:27 (UTC +04:00)

Abşeronda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Masazır qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 16 yaşlı Asiman Şükür oğlu Əmirov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR