Astanada rəsmi Dəməşqlə müxalifət arasında birbaşa danışıqlar keçirilməyib

Astanada rəsmi Dəməşqlə müxalifət arasında birbaşa danışıqlar keçirilməyib
# 23 yanvar 2017 19:16 (UTC +04:00)

Astanada rəsmi Dəməşq və müxalifət arasında birbaşa danışıqların keçirilməsini təmin etmək mümkün olmayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri Aleksandr Lavrentyev bildirib.

“Buna baxmayaraq tərəflər bir araya gəldi, ən əsası kəskin bəyanatlar verməkdən çəkindilər. Bu artıq müsbət haldır. Astanada keçirilən görüşün formatı danışıqların keyfiyyətcə yeni səviyyəyə yüksəltməyə imkan yaradır”, deyə A.Lavrentyev qeyd edib.

Bu gün Astanada Suriya münaqişəsinin həlli üzrə ikigünlük danışıqlar başlayıb. Danışıqlarda Suriyanın hökumət və müxalifət nümayəndələri, habelə Rusiya, Türkiyə, İran və ABŞ təmsilçiləri, eləcə də BMT-nin münaqişə üzrə xüsusi elçisi iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR