Gürcüstanın baş naziri BP şirkətinin regional prezidenti ilə görüşüb

Gürcüstanın baş naziri BP şirkətinin regional prezidenti ilə görüşüb
# 24 oktyabr 2016 19:15 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Oktyabrın 24-də Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Britaniyanın BP neft və qaz şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Blrell ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə baş nazirin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, görüşdə əsasən regionda və Gürcüstanda BP-nin həyata keçirdiyi layihələr və tapılan qaz yataqları barədə fikir mübadiləsi aparılıb. Tərəflər arasında Gürcüstanda həyata keçirilən Cənub Qaz Dəhlizinin əsas tərkib hissəsi olan “Şahdəniz-2” layihəsinin ikinci mərhələsinin genişləndirilməsi üzrə aparılan işlər müzakirə olunub. Görüşdə Cənubi Qafqaz layihəsinin vacibliyi vurğulanıb və bildirilib ki, layihənin istismara verilməsi 2019-cu ilə planlaşdırılıb. Görüşdə bildirilib ki, BP-nin qaz boru kəmərinin genişləndirilməsi üçün 2 milyard dollar həcmində investisiya yatırılacaq və layihə çərçivəsində Azərbaycandan Gürcüstana ötürülən qazın həcmi xeyli artacaq.

Görüşdə Qordon Birell Gürcüstanın baş naziri Georgi Kvirikaşviliyə şirkətin gələcək planları barədə ətraflı məlumat verib və ümid etdiyini bildirib ki, gələcəkdə tərəflər arasında əməkdaşlıq daha da dərinləşəcək.Görüşdə Gürcüstanın iqtisadiyyat və energetika nazirləri iştirak edib.

Qeyd edək ki, Gürcüstanda BP şirkətinin nümayəndəliyi 1996-cı ildən fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR