Elmar Məmmədyarov və Sergey Lavrov arasında telefon danışığı olub

 Elmar Məmmədyarov və Sergey Lavrov arasında telefon danışığı olub
# 12 aprel 2018 21:19 (UTC +04:00)

Azərbaycan və Rusiya XİN rəhbərləri Elmar Məmmədyarov və Sergey Lavrov arasında telefon danışığı olub.

APA-nın Rusiya XİN-in saytına istinadən verdiyi xəbərə görə, nazirlər Xəzəryanı dövlətlərin 5-ci sammitinə dair hazırlıq işini müzakirə ediblər.

Qeyd edək ki, sammitin cari ildə Qazaxıstanda keçirilməsi nəzərdə tutulur. Sammitdə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR