Azərbaycanda kiçik və orta biznesin inkişafına dəstək gücləndiriləcək.
APA-nın xəbərinə görə, bu, Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank 2020-ci ilin sonunadək Kiçik və orta biznesin inkişafına dəstəyi gücləndirməlidir.
Eyni zamanda İqtisadiyyat Nazirliyi 2020-ci ilin may ayınadək özəl investisiyaların cəlb edilməsi üzrə tədbirlərin genişləndirilməsi istiqamətində təklifləri təqdim etməlidir.